"Qəbələ"nin qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, yanvarın 10-da evdə “Kəpəz”lə qarşılaşacaq komanda 3 gün sonra hazırlıq prosesinin ikinci mərhələsi üçün Bakıya yollanacaq.
“Qəbələ” burada daha iki oyun keçirəcək. Yanvarın 14-ü “Araz Naxçıvan”la üz-üzə gələcək “qırmızı qaralar”, ayın 18-də “Baku Sportinq”lə matçda qüvvəsini sınayacaq.
Oyunların başlama saatı və məkanı barədə əlavə məlumat daha sonra veriləcək.
"Neftçi" Misir, Qazaxıstan və Çin komandaları ilə yoxlama oyunları keçirəcək
"İnter" və "Arsenal" eyni futbolçunu istəyir
Misli Premyer Liqasında debüt rekordu: 101 yeni futbolçu
Premyer Liqada penalti statistikası: 16 turda 36 penalti
Tahir Gözəl: “İnanıram ki, daha böyük nailiyyətlər əldə edəcəyik”