Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-İttihad” və “Əl-Taavun” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz-in xəbərinə görə, komandalar Ciddədəki “Kral Abdullah Sports City” stadionunda oynayıblar. Matç ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Əl-İttihad”ın müdafiəçisi Muhannad Əl-Şanqiti matçın yeganə qolunu 50-ci dəqiqədə vurub.
Səudiyyə Ərəbistanı liqasında 12 oyundan sonra “Əl-Taavun”un aktivində 28 xal var və turnir cədvəlində üçüncü yerdədir. “Əl-İttihad” isə 23 xalla beşinci yerdədir.