AZ

Venesuela yeni zərbələr riski ilə üz üzədir Politoloq

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ə

Venesuela ölkənin iqtisadi və siyasi məkanı ABŞ üçün tam “təmizlənənə” qədər təkrar hərbi müdaxilə riski ilə üz-üzədir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada Tədqiqatları İnstitutunun baş tədqiqatçısı Vladimir Vasilyev bildirib.

Politoloqun sözlərinə görə, hərbi əməliyyatlar iri korporasiyalar üçün yeni imkanlar yaradır və bu amil Vaşinqtonun Venesuelaya qarşı güzəştsiz siyasətini əvvəlcədən müəyyən edir.

Vasilyev qeyd edib ki, ABŞ xüsusilə Qərb yarımkürəsində daha sərbəst hərəkət etmək imkanına malikdir və kifayət qədər resurslara sahibdir, Karakasın müdafiə imkanları isə zəifdir.

Ekspertin fikrincə, Venesuela ABŞ-ın rejim dəyişikliyinə yönəlmiş dağıdıcı təzyiq siyasətinə qarşı ciddi müqavimət göstərməkdə çətinlik çəkəcək.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
192
38
globalinfo.az

10Mənbələr