AZ

ABŞ da “yaşıl kart” üçün müraciətlərin sayı 10 ildə ikiqat artıb

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu müddət ərzində qaliblərin sayı az dəyişib

ABŞ-da “yaşıl kart” lotereyasına müraciətlərin sayı son on ildə təxminən ikiqat artıb. Lakin, bu müddət ərzində qaliblərin sayı az dəyişib: 2015-ci ildə 131.060 nəfər qalib gəlib, on il sonra isə bu rəqəm 125.514-ə düşüb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

Qeyd olunub ki, lotereyada qalib gəlmək avtomatik olaraq ABŞ-da daimi yaşayış hüququ vermir. Seçilmiş iştirakçılar yalnız illik təxminən 55.000 viza kvotası çərçivəsində immiqrant vizası üçün müraciət etmək hüququ qazanırlar. Lakin qanunvericilikdəki dəyişikliklər səbəbindən mövcud vizaların faktiki sayı 2026-cı ildə təxminən 51.850-yə düşəcək.

19 dekabrda ABŞ hakimiyyəti Braun Universitetində atışma şübhəlisinin proqram vasitəsilə ölkəyə daxil olmasından sonra “yaşıl kart” lotereya proqramını müvəqqəti olaraq dayandırdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
ayna.az

1Mənbələr