ABŞ-nin Venesuelada həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar dünya ölkələrinin sərt reaksiyasına yol açıb. Metbuat.az xəbər verir ki, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar hücumu beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək kəskin şəkildə qınayıb. Türkiyə: Hadisələri yaxından izləyirikTürkiyə Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Venesueladakı son hadisələrin diqqətlə izlənildiyini bildirib. Açıqlamada Türkiyənin Venesuelanın sabitliyinə və xalqın rifahına önəm verdiyi vurğulanaraq bütün tərəflər təmkinə çağırılıb. Qeyd edilib ki, Ankara böhranın beynəlxalq hüquq çərçivəsində həllinə töhfə verməyə hazırdır. Türkiyənin Karakasdakı səfirliyi ölkədə olan Türkiyə vətəndaşları ilə əlaqəni fasiləsiz saxlayır.Çin: ABŞ beynəlxalq hüququ pozurÇin Xarici İşlər Nazirliyi ABŞ-nin hərəkətlərini “hegemonik” adlandıraraq Venesuelanın suverenliyinin pozulduğunu bəyan edib. Pekin Vaşinqtonu beynəlxalq hüquqa və BMT Nizamnaməsinə riayət etməyə çağırıb.Rusiya: Son dərəcə narahatedici haldırRusiya Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya hücumunu qınayaraq bunu “son dərəcə narahatedici” adlandırıb. Moskva həmçinin Venesuela Prezidenti Nikolas Maduronun və həyat yoldaşının taleyinə dərhal aydınlıq gətirilməsini tələb edib.İran və Kuba hücumu qınadıİran Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi hücumunu pisləyib və BMT-ni mövqe bildirməyə çağırıb. Kuba Prezidenti Migel Dias-Kanel isə ABŞ-ni “dövlət terroru”nda ittiham edərək beynəlxalq ictimaiyyəti təcili reaksiya verməyə çağırıb.Latın Amerikası ölkələrindən etirazMeksika ABŞ-nin müdaxiləsini BMT Nizamnaməsinin 2-ci maddəsinin pozulması kimi qiymətləndirib.
Kolumbiya Prezidenti Qustavo Petro regionun suverenliyinə qarşı hər cür hücumu rədd etdiklərini bildirib və mümkün miqrant axınına görə sərhədlərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb. Braziliya Prezidenti Lula da Silva Venesuela ərazisinin bombalanmasını “qəbuledilməz” adlandırıb.Avropa və Fransa: Güc tətbiqi yolverilməzdirFransa Xarici İşlər Naziri Jan-Noel Barro ABŞ-nin hərbi əməliyyatının beynəlxalq hüququn əsas prinsiplərini pozduğunu bildirib. Avropa Birliyi də tərəfləri təmkinə çağıraraq beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyini vurğulayıb.İsrail və Ukraynanın fərqli mövqeyiİsrail ABŞ-nin addımlarını dəstəklədiyini açıqlayaraq Maduro rejiminin devrilməsini müsbət qiymətləndirib. Ukrayna isə Maduro hökumətini legitim hesab etmədiyini bildirərək Venesuela xalqının azad və təhlükəsiz yaşamaq haqqını dəstəklədiyini qeyd edib.BMT-dən xəbərdarlıqBMT Baş Katibliyi Venesueladakı gərginliyin region üçün ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib. Baş katib Antonio Quterreş beynəlxalq hüquq və BMT Nizamnaməsinə əməl olunmasının vacibliyini bir daha vurğulayıb.