Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Mingəçevirdə bədbəxt hadisə baş verib.
“Unikal”ın məlumatına görə, hadisə şəhər ərazisində dağ yamacında qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü çoban Şamil Mustafayev otlayan heyvanını axtardığı zaman ehtiyatsızlıq nəticəsində sürüşərək dağlıq ərazidə yerləşən quyu çuxuruna düşüb. Bir müddət ondan xəbər alınmadığı üçün axtarış aparılıb.
Nəticədə Şamil Mustafayev düşdüyü quyudan çıxarılaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.