MİNGƏÇEVİR, 3 yanvar. TELEQRAF
Mingəçevirdə dağda heyvanını axtaran 44 yaşlı kişi yıxılaraq quyuya düşüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə dağ yamacında baş verib.
1983-cü il təvəllüdlü çoban Şamil Mustafatev gözündən yayınan otlayan heyvanını axtardığı zaman sürüşərək dağda quyu çuxuruna düşüb.
O, quyudan çıxarılaraq xəstəxanaya çatdırılıb.