AZ

"Qarabağ" "Neftçi" ilə yoxlama oyunu keçirəcək

"Qarabağ"ın qış təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Publika.az xəbər verir ki, hazırlıq prosesinin ikinci mərhələsinə Türkiyənin Antalya şəhərində start verəcək "köhlən atlar" ilk olaraq yoxlama oyununda, yanvarın 12-də Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə üz-üzə gələcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti sınağı Polşanın "Zaqlebie Lubin" kollektivinə qarşı olacaq.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 18:00 və 19:00-da başlayacaq.

Seçilən
46
28
publika.az

10Mənbələr