"Fənərbağça" azarkeşlərinin böyük maraqla gözlədiyi transfer rəsmən reallaşdı.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi "Samsunspor"un niderlandlı ulduzu Antoni Musaba ilə rəsmi müqavilə imzalandığını açıqlayıb.
Baş məşqçi Domeniko Tedeskonun rəhbərliyi altında yeni bir dönəmə başlayan "sarı-lacivərdlilər", hücum xəttini Super Liqanın ən təsirli vingerlərindən biri ilə gücləndirib.
Niderlandlı futbolçunun bu mövsümkü statistik göstəriciləri onun nə dərəcədə effektiv bir transfer olduğunu sübut edir. Musaba cari mövsüm çıxdığı 22 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb, eyni zamanda nümayiş etdirdiyi 49.1% uğurlu driblinq faizi, 33.49 km/saat maksimum sürət və matç başına 2.7 zərbə göstəricisi ilə rəqib müdafiəçilər üçün ən təhlükəli isimlərdən birinə çevrilib.
Kamil Xudiyev