AZ

Ərdoğan: “Türkiyə tarixində ən yüksək ixrac rəqəmlərinə nail oldu”

“2025-ci ildə Türkiyə yeni bir rekord qırıb – ölkə tarixində ən yüksək ixrac rəqəmlərinə nail olub”.

KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

“İqtisadiyyatımız 2025-ci ilin üçüncü rübündə 3,7% böyüdü və bu, fasiləsiz artımın ardıcıl 21-ci rübüdür. 2025-ci ilin üçüncü rübündə 1,538 trilyon dollarlıq yeni bir rekord qırıldı və dekabr ayında 26,4 milyard dollarlıq yeni biraylıq ixrac rekordu müəyyən edildi”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

“Mən əvvəllər 2025-ci il üçün 390 milyard dollar hədəf müəyyən etmişdim. Vurğulamaq istərdim ki, mal və xidmət ixracı bu hədəfi aşaraq 396,5 milyard dollara çatıb”, – deyə Ərdoğan əlavə edib.

O həmçinin ölkənin sənaye müəssisələri üçün 2026-cı ildə yeni bir hədəf müəyyən edib: Ümumi ixracı 410 milyard dollara, mal ixracını 282 milyard dollara, xidmət ixracını isə 128 milyard dollara çatdırmaq.

Seçilən
77
4
konkret.az

4Mənbələr