AZ

Rusiya XİN Maduronun və həyat yoldaşının dərhal azad edilməsini tələb etdi


Rusiya Xarici İşlər Nazirliyi ABŞ rəsmilərindən Venesuela prezidenti Nikolas Maduronu və həyat yoldaşının ABŞ-da olması ilə bağlı təsdiqlənmiş məlumatlardan sonra dərhal onları azad etməyi tələb edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəsmi məlumat yayıb.

Ura.ru-nun məlumatına görə, rəsmi Moskva Maduroya suveren dövlətin qanuni seçilmiş rəhbəri kimi baxır və Vaşinqtonun mövcud vəziyyətə aydınlıq gətirməsini gözləyir. Nazirlik bəyan edib ki, ABŞ-ın Venesuela liderinə qarşı hazırkı hərəkətləri beynəlxalq hüququn fundamental normalarına və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə ziddir.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi də ABŞ-ın Venesuelaya qarşı hərbi hücumunu suveren dövlətin ərazi bütövlüyünün və suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Tehranın rəsmi bəyanatında bu əməliyyatın beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanıb. İran tərəfi beynəlxalq birliyi, xüsusən də BMT Təhlükəsizlik Şurasını bu təcavüz aktını dərhal dayandırmaq üçün məsuliyyət daşımağa çağırıb və Karakasın özünümüdafiə etmək hüququnu dəstəklədiyini bildirib

İradə SARIYEVA

Seçilən
71
12
baki-xeber.com

9Mənbələr