Türkiyə millisinin qapıçısı Berke Özer nümayiş etdirdiyi möhtəşəm oyunla Liqa 1-də dekabr ayının ən yaxşısı adına layiq görülüb.
Fanat.Az xəbər verir ki, Lukas Şevalyenin PSJ-yə gedişindən sonra "Lill"in əsas qapıçısına çevrilən Berke səsvermədə bütün rəqiblərini qabaqlayaraq ayın futbolçusu seçilib.
Xüsusilə "Marsel"lə oyunda etdiyi kritik qurtarışlarla komandasına 3 xal qazandıran 25 yaşlı qolkiper Fransız mətbuatının və azarkeşlərin böyük rəğbətini qazanıb.
Bu uğur Berkenin Avropa karyerasındakı ən mühüm nailiyyətlərdən biri hesab olunur.