AZ

9 ildən sonra klubdan gedir

style='margin-bottom:10px;'>

Almaniyanın "Leyptsiq" klubu təcrübəli yarımmüdafiəçisi Kevin Kamplla yollarını ayırmağa qərar verib.

QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, buna 35 yaşlı futbolçunun şəxsi müraciəti səbəb olub.

Klub rəhbərliyi sloveniyalı oyunçunun ailəsində yaranmış çətin vəziyyəti nəzərə alaraq onun müqaviləyə xitam verilməsi barədə xahişini anlayışla qarşılayıb. Razılaşmaya əsasən, sözləşmə 2026-cı il yanvarın 31-dən etibarən qüvvədən düşmüş sayılacaq.

Məlumata görə, Kamplın bu qərarı verməsinə səbəb ailə faciəsidir. Oktyabr ayında qardaşını itirən və hazırda atası ağır xəstəlikdən əziyyət çəkən futbolçu karyerasına ara verərək vaxtını ailəsi ilə keçirmək istəyir.

"Leyptsiq" rəhbərliyi kluba verdiyi töhfələrə görə Kampla xüsusi vida mərasimi təşkil edəcək. Bu mərasim yanvarın 17-də Bundesliqa çərçivəsində "Bavariya" ilə keçiriləcək oyun zamanı baş tutacaq.

Qeyd edək ki, Kevin Kampl 2017-ci ilin yayından klubun şərəfini qoruyur. O, klubda keçirdiyi 9 ilə yaxın zaman ərzində 283 rəsmi oyuna çıxıb, 10 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
149
teleqraf.com

1Mənbələr