ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yəməndə "Vətən Qalxanı" hökumətyönlü qüvvələri ölkənin şərqindəki Hadramaut vadisində təhlükəsizlik əməliyyatını başa çatdıraraq, mühüm hərbi bazalara və mülki obyektlərə nəzarəti ələ keçirib.
Oxu.Az SABA agentliyinə istinadən xəbər verir ki, bu barədə Hadramaut əyalətinin qubernatoru Salem Əl-Xanbaşi məlumat verib:
"Əl-Vadi və Əl-Səhra bölgələrində hərbi düşərgələrin təhlükəsizliyinin təmin edilməsi uğrunda əməliyyat tam uğurla keçdi".
Əl-Xanbaşi təsdiqləyib ki, hökumət qüvvələri Seyyun beynəlxalq hava limanı da daxil olmaqla, bütün aparıcı mövqelərə yerləşməni yekunlaşdırıb.
Qubernator həmçinin bildirib ki, hökumət Cənub Keçid Şurası (CKŞ) separatçıları Əl-Qubar düşərgəsindəki liman şəhəri Əl-Mukallaya doğru irəliləməyə cəhd göstərdikləri təqdirdə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyadan dəstək verilməsini istəyib. Əl-Xanbaşi həmçinin CKŞ qüvvələrinin Hadramaut və Əl-Mahradan Şabva əyalətinə doğru geri çəkilməsi üçün dəhlizin açıldığını bildirib.
Yəməndə vəziyyət Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi CKŞ-dən olan separatçıların 2025-ci il dekabrın əvvəlində Yəmənin şərqindəki Hadramaut və Mahra əyalətləri üzərində nəzarəti bərqərar etmək cəhdindən sonra gərginləşib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.