AZ

İngiltərə Premyer Liqası: “Vulverhempton” çempionatda ilk qələbəsini qazanıb YENİLƏNİB

ain.az bildirir, Idman.biz portalına istinadən.

İngiltərə Premyer Liqasında “Vulverhempton” və “Vest Hem” arasında keçirilən oyun başa çatıb. Komandalar Vulverhemptondakı “Molino” stadionunda oynayıblar. “Vulverhempton” 3:0 hesabı ilə qalib gəlib.

Meydan sahiblərindən qolları Con Arias, Hvanq Hi-çan (penalti) və Mateus Mane vurublar. Bu, “Vulverhempton”un İngiltərə Premyer Liqası mövsümündə ilk qələbəsidir.

“Vulverhempton” 20 oyundan altı xalla Premyer Liqada 20-ci yerdədir. “Vest Hem” isə 14 xalla 18-ci yerdədir.

Turun digər oyununda “Brayton” “Bernli”yə qalib gəlib – 2:0.

“Brayton”un hücumçusu Jorjinyo Rütter 29-cu dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi Yasin Ayari ikinci hissənin 47-ci dəqiqəsində meydan sahiblərinin üstünlüyünü artırıb.

18:39

İngiltərə Premyer Liqasında “Aston Villa” və “Nottingem Forest” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç “Villa Park”da (Birminhem) baş tutub.

Meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.

“Aston Villa”nın hücumçusu Olli Uotkins hesabı 45+1-ci dəqiqədə açıb. İkinci hissədə yarımmüdafiəçi Con Makginn 49-cu dəqiqədə “Aston Villa”nın üstünlüyünü artırıb. Yarımmüdafiəçi Morqan Gibbs-Uayt 61-ci dəqiqədə qonaq komandanın cavab qolunu vurub. Makginn 73-cü dəqiqədə ikinci qoluna imaq atıb – 3:1.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
36
icma.az

10Mənbələr