BAKI, 3 yanvar. TELEQRAF
Venesuelaya qarşı əməliyyatda 150-dən çox müxtəlif təyyarə iştirak edib və əməliyyat yüksək koordinasiya ilə həyata keçirilib.
Teleqraf xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahlar Komitəsinin sədri general Den Keyn mətbuat konfransında açıqlama verib.
General Keynin sözlərinə görə, əməliyyatda F-35, F-22, F-18 qırıcıları, EA-18 radioelektron mübarizə təyyarələri, E-2 uzaqmənzilli radar və idarəetmə təyyarələri, həmçinin B-1 “Lancer” bombardmançıları istifadə edilib.
O, əlavə edib ki, əməliyyat müxtəlif nöqtələrdən havaya qalxan təyyarələrin sıx koordinasiyası ilə keçirilib.
Pentaqon həmçinin açıqlayıb ki, əməliyyat zamanı bir ABŞ təyyarəsi zədələnib, lakin xidmət qabiliyyətini itirməyib.