AZ

Venesuelaya hücum neft qiymətlərini dəyişəcək Ekspert

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Maliyyə Universiteti və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov ABŞ-ın Venesuelaya qarşı mümkün hücumlarının qlobal neft bazarına ciddi təsir göstərə biləcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, Yuşkov bu barədə “RİA Novosti”yə açıqlamasında bildirib.

O qeyd edib ki, Karakas və Venesuelanın digər bölgələrində yaranan gərgin vəziyyət nəticəsində gündəlik 500–600 min barel neft bazardan çıxa bilər. Bu isə neftin qiymətinin bir barel üçün 65–70 dollara qədər yüksəlməsinə səbəb ola bilər.

Ekspertin sözlərinə görə, qısa müddətdə baş verə biləcək bu proseslər qiymət artımını sürətləndirə bilər. O vurğulayıb ki, ABŞ-ın Venesuela neft ixracına nəzarəti gücləndirməsi və daha sərt blokada tətbiq etməsi gözlənilir.

İqor Yuşkov həmçinin Venesuelanın mövcud şərtlər altında neft hasilatını tamamilə dayandırmaq məcburiyyətində qala biləcəyini də istisna etməyib.

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
47
globalinfo.az

10Mənbələr