AZ

Amerikalı senator: Venesuelanı yenidən vuracağıq

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ senatoru Lindsi Qrem Venesuela ərazisinə yeni hərbi zərbələrin endiriləcəyini istisna etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Axios portalının müxbiri məlumat yayıb.

Senatorun sözlərinə görə, hazırkı vəziyyətdə bütün variantlar mümkündür. Qrem bildirib ki, əməliyyat ərəfəsində ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb və plan son bir neçə həftə ərzində hazırlanıb.

O, detalları açıqlamasa da, Vaşinqtonun Venesuela ilə bağlı sərt mövqeyini davam etdirdiyini vurğulayıb. ABŞ rəsmilərinin bəyanatları regionda gərginliyin yenidən arta biləcəyi ehtimallarını gündəmə gətirir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
globalinfo.az

1Mənbələr