Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Qubada “KIA” markalı minik avtomobili hərəkətdə olarkən qarlı hava şəraiti səbəbindən sürüşərək idarəetmədən çıxıb və qayadan aşıb.
“Qafqazinfo” “Bakupost”a istinadən xəbər verir ki, hadisə maşında olan uşaq tərəfindən anbaan lentə alınıb.
Avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub. Yayılan videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.
Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedaqoji fəaliyyət göstərir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.