Hazırda Almaniyada olan rusiyalı fiqurlu konkisürən Alina Qorbaçova sosial media paylaşımına görə türklərdən və ərəblərdən üzr istəyib.
Publika.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında paylaşım edib.
"Mən bütün ölkələrin nümayəndələrinin nalayiq davrana biləcəyini çox yaxşı başa düşürəm. Ehtiyatsız ifadələrimə görə türklərdən və ərəblərdən üzr istəyirəm. Çox qorxmuşdum və fikirlərimi səhv ifadə etmişdim", - Qorbaçova bildirib.
Qorbaçova yanvarın 2-də Almaniyada çoxlu türk və ərəb olduğunu qeyd edərək bildirib ki, " Metrodan çıxanda sərxoş türk izdihamı ilə qarşılaşdıq. Çox qorxduq! Geri qaçdıq, qatar stansiyasına getdik və taksi çağırdıq".