AZ

İddialı hədəf : Nazirlər Kabineti Ukraynanın AB yə qəbul tarixini açıqladı

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukraynanın AB-yə qəbulu ilkin olaraq 2030-cu ilə planlaşdırılır, lakin müddət qısaldıla bilər.

Bizimyol.info xəbər verir ki, baş nazirin Avropa İnteqrasiyası üzrə müavini Taras Kaçka bunu brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, Kiyev hazırda Avropa tərəfdaşları ilə standart təqvimə uyğun olaraq işləyir və bu təqvimə əsasən, 2027-ci ilin sonuna qədər üzvlük danışıqları və 2030-cu ilə qədər AB-yə qəbul danışıqları başa çatdırılmalıdır.

"Bu o deməkdir ki, 2028-ci ildə AB-yə qəbul şərtlərini yerinə yetirməklə yanaşı, bloka qoşulmaqla bağlı beynəlxalq müqaviləni də nəzərdən keçirəcəyik. Müvafiq olaraq, o, daha sonra təsdiqlənməlidir və təqvimə əsasən, AB-yə qəbul 2030-cu ilə planlaşdırılır", - deyə Kaçka bildirib.

Lakin rəsmi qeyd edib ki, bu müddət siyasi səbəblərə görə qısaldıla bilər. Xüsusilə, o, "daha iddialı" bir tarix müəyyən edən 20 maddəlik sülh planından bəhs edib.

Ölkə mətbuatı xəbər verir ki, dekabrın ortalarında Qərb mediası məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Ukrayna üçün son sülh planı layihəsi, digər məsələlərlə yanaşı, Ukraynanın 2027-ci il yanvarın 1-dək Avropa Birliyinə qoşulmasını nəzərdə tutur. Lakin bu son tarix Avropa Birliyinin özü ilə razılaşdırılmayıb.

Macarıstan və bu yaxınlarda Slovakiya Ukraynanın Aİ üzvlüyünə gedən yolunun rəsmi prosedurlarını əngəllədiyindən, Kiyev və Brüssel texniki işləri qeyri-rəsmi şəkildə həyata keçirmək barədə razılığa gəliblər. Məqsəd Ukraynanın bütün faktiki qoşulma şərtlərini yerinə yetirməsi, həmçinin Macarıstan və Slovakiya etirazlarını geri götürdükdən sonra rəsmi qoşulma danışıqlarının tez bir zamanda başlamasıdır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
bizimyol.info

1Mənbələr