Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) veteranlarından biri, Latif Karimi, 3 yanvar günü İlam vilayətinin Malekşahi bölgəsində silahlı etirazçılarla qarşıdurmada həyatını itirib.
Bizimyol.info xəbər verir kiŞ bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, cinayət hadisəsi hüquq-mühafizə orqanları tərəfindən nəzarət altına alınıb və istintaq başlanılıb.
Bildirilir ki, 3 yanvar tarixində İlam vilayətində maskalı və silahlı şəxslərin inzibati və polis obyektlərinə hücumları davam edib. Bir etirazçının üzərində İsrail istehsalı olan qumbara tapılıb.
2025-ci il 29 dekabrda Tehran şəhərinin mərkəzində, İran rialının kəskin dəyər itirməsi ilə əlaqədar ticarətçilərin etirazları başlamışdı. Etirazların mərkəzi İslam Respublikası küçəsi olub. "Fars" agentliyinin məlumatına görə, etiraz edən sahibkarlar, həmkarlarını dükanlarını bağlamağa və hərəkatlarına qoşulmağa çağırıb. 30 dekabrda Tehran universitetlərinin tələbələri də etirazlara qoşulub. 31 dekabrda isə məlum olmayan bir qrup, İranın cənubundakı Fars vilayətinin Fəs şəhəri idarəetmə binasına hücum edib.
2 yanvar tarixində "Mehr" agentliyi İlam vilayətinin küçələrində maskalı və silahlı şəxslərin göründüyünü bildirib. Eyni zamanda, Xuzestan vilayətinin polis rəisi Farşad Kazemi, bir qrup etirazçının saxlanıldığını və onların üzərindən silahlar və soyuq silahların götürüldüyünü açıqlayıb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.