Mövsümə baş məşqçi Elvin Məmmədovun rəhbərliyi altında başlayan, ardıcıl xal itkiləri üzündən Adil Şükürovla anlaşmağa məcbur olan “dənizçilər” hələ xal ehtiyatını artırmaqda çətinlik çəkir. Bayıl təmsilçisinin qış fasiləsinə 3-cü sırada, lider “Şəfa”dan 8 xal geridə yollandığını vurğulamaq bəs edir ki, durumun yaxşı olmadığı gün üzünə çıxsın.
Bəs, belə vəziyyət azarkeşləri qane edirmi? Onlar kollektivin premyer-liqaya qayıda biləcəyinə inanırmı?
Sualları “Dənizçilər” fanklubunun rəhbəri Atif Rüstəmliyə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Mövsümün ilk yarısında gözlədiyimiz nəticələri əldə edə bilmədik. Premyer-liqadan düşən komanda üçün çox pis nəticələr qazandıq. Amma hələ başqa fikir söyləyə bilmərik. Komandaya yeni baş məşqçi təyin olunub. Dəqiq danışa bilmək üçün bir neçə tur gözləmək lazımdı”.
KƏNAN BAHADIR