AZ

Qafqaz Müsəlmanları İdarəsi həcc ziyarəti ilə bağlı vətəndaşlara müraciət edibVİDEO

Qafqaz Müsəlmanları İdarəsi həcc ziyarəti ilə bağlı vətəndaşlara çağırış edib.

Xezerxeber.az-ın məlumatına görə, QMİ həcc ziyarətinə getmək niyyəti olan vətəndaşlardan yubanmadan qeydiyyata düşməyi xahiş edib.

QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, ziyarət üçün nəzərdə tutulan kvotadan asılı olmayaraq, sənədlərin qəbulu fevralın 15-də bitəcək.

O, həmçinin həccə getməyə niyətli olan vətəndaşlara diqqətli olmaları və bəzi turizm şirkətləri tərəfindən aldanmamaları üçün çağırış edib.

Xatırladaq ki, QMİ 2026-cı il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
78
xezerxeber.az

1Mənbələr