AZ

"Çelsi"nin baş məşqçi namizədi açıqlama verdi

style='margin-bottom:10px;'>

Fransanın "Strasburq" klubunun baş məşqçisi Liam Rosenior adının "Çelsi" klubu ilə hallanmasına münasibət bildirib.

QOL.az xəbər verir ki, "L'Equipe" nəşrinin məlumatına görə, Enzo Mareskanın gedişindən sonra klubun çalışdırıcısı vəəzifəsinə əsas namizəd olaraq göstərilən mütəxəssis gələcəyi ilə bağlı konkret vəd verməkdən çəkinib:

"Burada nə qədər qalacağıma zəmanət verə bilmərəm. Amma "Strasburq"da işləməkdən hər gün həzz alıram. Bu klubu sevirəm, lakin heç nəyə qarantiya verə bilmərəm".

Bu açıqlama onun tezliklə İngiltərəyə qayıda biləcəyi barədə şayiələri daha da gücləndirib.

Qeyd edək ki, "Çelsi" Premyer Liqada geridə qalan 19 turdan sonra 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. London klubu bu yaxınlarda nəticələrin qənaətbəxş olmaması səbəbindən baş məşqçisi Enzo Mareska ilə yollarını ayırıb.

Seçilən
130
35
teleqraf.com

10Mənbələr