Fransanın “L'Equipe” qəzeti 2025-ci ilin ən yaxşı oyunçularından ibarət simvolik komanda tərtib edib.
İdman.Biz bildirir ki, buraya səkkiz PSJ oyunçusu daxildir.
Qapıçı: Canluici Donnarumma (PSJ, “Mançester Siti”).
Müdafiəçilər: Əşrəf Hakimi (PSJ), Vilyam Paço (PSJ), Vilyam Saliba (“Arsenal”), Nuno Mendeş (PSJ).
Yarımmüdafiəçilər: Vitinya (PSJ), Joao Neveş (PSJ).
Hücumçular: Lamin Yamal (“Barselona”), Desire Due (PSJ), Usman Dembele (PSJ), Kilian Mbappé (“Real Madrid”).
Məşqçi: Luis Enrike.
Ötən mövsüm PSJ Çempionlar Liqasını, Liqa 1-i, Fransa Kubokunu və Superkuboku qazanıb. Fransa nəhəngi həmçinin Klublararası dünya çempionatının finalına vəsiqə qazanıb və UEFA Superkubokunu qazanıb.