AZ

Sumqayıt sakini dəm qazından boğulubVİDEO

Sumqayıtda 68 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, mərhumun yaxını Tərlan Hüseynova deyib ki, Kimyaçılar qəsəbəsində yaşayan 68 yaşlı Abbasəli Bağırov huşsuz vəziyyətdə həyat yoldaşı tərəfindən aşkar edilib.

Bildirilir ki, yaxınları onu uzun müddət görmədiklərindən narahat olaraq hamam otağına baxış keçiriblər və bu zaman kişinin cansız bədənini aşkarlayıblar.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, 1958-ci il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən xəstəxanaya hospitalizasiya olunub. Xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb. Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı təsdiq olunub. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
111
xezerxeber.az

1Mənbələr