AZ

"Bu, əsl şokdur! Mən nə baş verdiyini bilmirəm”

“Çelsi”nin sabiq futbolçusu Con Terri Enzo Mareskanın komandanın baş məşqçisi vəzifəsindən getməsi ilə bağlı açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bununla bağlı tam detalları bilmədiyini söyləyib:

“Nə baş verdiyini bilmirəm. Əsas heyətlə işləmirəm, ona görə də detalları bilmirəm.

Kənardan baxanda məşqçiylə klub sahibi arasında açıq-aşkar gərginliyin olduğunu düşünürəm və buna görə də bu qərara gəliblər. Bu, əsl şokdur, çünki üç-dörd həftə əvvəl “Barselona”ya qarşı çox gözəl oyun keçirmişdik.

Hər şey çox yaxşı görünürdü və indi komanda tənəzzüldədir, ən yaxşı vəziyyətindən çox uzaqdır”.

Klub italiyalı mütəxəssisin getməsini rəsmi olaraq yanvarın 1-də elan edib. Mareska 2024-cü ilin yayından “Çelsi”də çalışırdı.

Seçilən
86
sportinfo.az

1Mənbələr