AZ

Gəncədə və Beyləqanda evlər yanıbVİDEO

Gəncədə 3 fərdi yaşayış evi yanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhərə yaxın şəhərin Faiq Bayramov küçəsində qeydə alınıb.

Birmərtəbəli evdə başlayan yanğın qısa müddətdə ətrafdakı evlərə keçib.

Daxil olmuş əməliyyat məlumatı əsasında hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvə və texnikaları cəlb olunub. Yanğın söndürülüb.

Qeyd edək ki, yanğın nəticəsində xəsarət alan olmayıb. 

Beyləqanda isə ikimərtəbəli yaşayış binasında yanğın olub. Yanğın hadisəsi 15 ailənin yaşadığı binada qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğının geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğının səbəbləri ilə bağlı araşdırmalara başlanıb.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
38
xezerxeber.az

1Mənbələr