ABŞ prezidenti Donald Tramp Meksikanın faktiki olaraq kartellər tərəfindən idarə olunduğunu və dövlət başçısının ölkəni idarə etmədiyini bildirib.
KONRKET.az Musavat.com-a istinadən xəbər verir ki, bu açıqlamanı o, ABŞ-Meksika sərhədindəki vəziyyəti şərh edərkən “Fox News” telekanalına verdiyi müsahibədə səsləndirib.
“Meksika prezidenti yaxşı qadındır, amma ölkəni idarə etmir. Meksika kartellər tərəfindən idarə olunur”, – deyə Tramp bildirib.
O əlavə edib ki, Meksika ilə bağlı “nəsə etmək lazım gələcək”.