AZ

Tramp: Venesuelanın gələcəyinə ABŞ qərar verəcək

ABŞ lideri Donald Tramp Venesuela prezidenti Nikolas Maduro hakimiyyətdən devrildikdən sonra ölkənin gələcəyi ilə bağlı qərarların ABŞ tərəfindən veriləcəyini açıqlayıb.

Doğru.az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb. O bildirib ki, ABŞ Venesuelada Maduronun yerini başqa bir qüvvənin tutmasına imkan verə bilməz.

RİA Novosti Trampın sözlərini sitat gətirir: “Biz başqasının onun (Maduro – red.) getdiyi yeri sadəcə ələ keçirməsinə icazə vermək riskini daşıya bilmərik. Ona görə də bu qərarı indi veririk. Biz fəal şəkildə iştirak edəcəyik”.

Qeyd edək ki, Tramp daha əvvəl Venesueladakı əməliyyata Floridadakı Mar-a-Laqo iqamətgahından nəzarət etdiyini bildirmişdi.

DOĞRU.AZ

Seçilən
26
50
dogru.az

10Mənbələr