Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Pekin ABŞ-ın Venesuelaya qarşı hərəkətlərini qətiyyətlə pisləyir.
Çin Karakasa endirilən zərbələri və Maduronun tutulmasını "açıq-aşkar güc tətbiqi" adlandırıb.
Çin Xarici İşlər Nazirliyi bildirib ki, "Çin ABŞ-ın suveren dövlətə qarşı açıq-aşkar güc tətbiqini və prezidentə qarşı hərəkətlərini dərindən sarsıdır və qətiyyətlə pisləyir".
Bir daha xatırladaq ki, 3 yanvarda Karakasda bir neçə partlayış baş verib, bundan sonra şəhər üzərində ABŞ təyyarələri müşahidə edilib. Daha sonra ABŞ-ın elit Delta Force bölməsinin üzvləri Maduro və həyat yoldaşını ələ keçiriblər.
Əli Babayev