ABŞ-ın Venesuelaya hücumu regional və beynəlxalq təhlükəsizliyi sarsıdır və BMT Nizamnaməsinə əsaslanan beynəlxalq nizama ziddir.
Doğru.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında yayımlanan bəyanatda qeyd olunub.
Bəyanatda bildirilir ki, “ABŞ-ın müstəqil BMT üzvü olan dövlətə qarşı hərbi təcavüzü regional və beynəlxalq təhlükəsizliyin kobud şəkildə pozulmasıdır və bunun nəticələri bütün beynəlxalq sistemə təsir edəcək, BMT Nizamnaməsinə əsaslanan dünya nizamını daha da sarsıdacaq”.
İran Xarici İşlər Nazirliyi hücumu törədənlərin ədalət mühakiməsinə cəlb olunması üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Nazirlik həmçinin bütün hökumətlərin və beynəlxalq təşkilatların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurasının Venesuelaya qarşı qanunsuz ABŞ təcavüzünə dərhal son qoyulması üçün hüquqi və mənəvi məsuliyyət daşıdığını bəyan edib.
DOĞRU.AZ