AZ

Gürcüstanda daxili və şəhərətrafı qatarların hərəkəti dayandırılıb

Tbilisi, 3 yanvar, AZƏRTAC

Əlverişsiz hava şəraiti Gürcüstan dəmir yolunun fəaliyyətində də problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları İdarəsi məlumat yayıb.

Bildirilir ki, çətin vəziyyəti nəzərə alaraq, əsas və şəhərətrafı istiqamətlərdə hərəkət edən qatarlar yanvarın 3 və 4-də müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.

Bu müddət ərzində yalnız Tbilisi-Batumi-Tbilisi qatarı işləyəcək.

Məlumatda deyilir: "Çətin meteoroloji şərait, xüsusən də Qərbi Gürcüstandakı pis hava şəraiti səbəbindən qatarlar yolda hərəkət edərkən vaxtaşırı müxtəlif maneələr yaranır. Mövcud çətin vəziyyəti nəzərə alaraq, 3 və 4 yanvar tarixlərində əsas və şəhərətrafı istiqamətlərdə hərəkət edən qatarlar müvəqqəti olaraq fəaliyyətini dayandıracaq. Yalnız Tbilisi-Batumi-Tbilisi qatarı işləyəcək. Gürcüstan Dəmir Yolları yaranan narahatçılığa görə üzr istəyir. Sərnişinlərə biletlərinin pulu tam şəkildə ödəniləcək".

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
143
3
azertag.az

4Mənbələr