Venesuela Braziliya ilə sərhədini bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə "O Globo" qəzeti Braziliya polisinə istinadla məlumat yayıb.
"Şənbə günü səhər saatlarında Braziliya ilə Venesuela arasındakı sərhəd Rorayma ştatının Pakarayma bölgəsində bağlanıb", - deyə açıqlamada bildirilir.
Braziliya ordusundakı mənbələr nəşrə bildiriblər ki, sərhədin bağlanması ABŞ-ın hücumu səbəbindən Venesuela tərəfində baş verib.