AZ

Venesuelaya hücuma beynəlxalq reaksiyalar: "Cinayətkar Hücum" və Böyük Narahatlıq

ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi və Nikolas Maduronun ələ keçirilməsi xəbərinə qonşu ölkələrdən və beynəlxalq liderlərdən gələn reaksiyalar vəziyyətin nə dərəcədə gərgin olduğunu göstərir. Region ölkələri həm hərbi, həm də diplomatik səfərbərlik elan ediblər.

Milli.Az xəbər verir ki, Venesuela daxilindən və xaricindən gələn bəyanatlarda həm ABŞ-nin hərəkətləri pislənilir, həm də regionun təhlükəsizliyi ilə bağlı tədbirlər görülür.

Venesuela Daxili İşlər Naziri Diosdado Kabelyo Vətəndaşları sakitliyə, ölkə rəhbərliyinə və orduya güvənməyə çağırıb. O, "Dünya bu hücuma qarşı səsini ucaltmalıdır" deyərək beynəlxalq dəstək istəyib.

Kolumbiya (Qustavo Petro) sərhədə qoşun yeridildiyini elan edib. O, Amerika Dövlətləri Təşkilatını  və Birləşmiş Millətlər Təşkilatını "təcili olaraq toplanmağa" çağırıb.

Çili (Qabriel Boriç) ABŞ-nin hərbi əməliyyatlarından dərin narahatlığını ifadə edib və bu hərəkətləri pislədiyini bildirib.

Kuba (Migel Dias-Kanel) bu hadisəni "ABŞ-nin Venesuelaya qarşı cinayətkar hücumu" adlandırıb və beynəlxalq birliyi buna qarşı təcili reaksiya verməyə çağırıb.

Qayana (İrfaan Ali) Venesuela ilə ərazi mübahisəsi olan bu ölkə vəziyyəti yaxından izlədiklərini bildirib. Təhlükəsizlik qüvvələri tam səfərbər edilib və ölkənin müdafiə planları aktivləşdirilib.

Trinidad və Tobaqo (Kamla Persad-Bissessar) Venesuela xalqı ilə sülh şəraitində münasibətləri qoruyub saxladıqlarını və regionda sabitliyin tərəfdarı olduqlarını qeyd edib.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
74
50
milli.az

10Mənbələr