AZ

Ankara Karakasdakı vəziyyəti diqqətlə izləyirBƏYANAT

Türkiyə Venesueladakı vəziyyəti diqqətlə izləyir və böhranın həlli üçün vasitəçilik etməyə hazırdır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Biz Venesueladakı son hadisələri diqqətlə izləyirik. Türkiyə Venesuelanın sabitliyinə və Venesuela xalqının rifahına önəm verir", - bəyanatda deyilir.

Nazirlik ölkədə mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələrə gətirib çıxarmasının qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırıb:

"Biz Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həlli üçün istənilən konstruktiv yardımı göstərməyə hazırıq. Karakasdakı səfirliyimiz Venesueladakı türk vətəndaşları ilə davamlı əlaqə və lazımi koordinasiyanı davam etdirir", - XİN əlavə edib.

Seçilən
41
5
xezerxeber.az

1Mənbələr