AZ

Venesuela özünümüdafiə hüququnu bəyan etdi

Venesuela öz xalqını və ərazisini qorumaq məqsədilə qanuni özünümüdafiə hüququnu bəyan edib. Bu barədə Venesuela Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib.

Doğru.az xəbər verir ki, bəyanatda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə istinad olunaraq qeyd edilir: “Venesuela öz xalqını, ərazisini və müstəqilliyini qorumaq üçün qanuni özünümüdafiə hüququnu özündə saxlayır.”

Rəsmi Karakas Latın Amerikası, Karib hövzəsi və bütün dünya xalqlarını və hökumətlərini baş verənləri “imperialist təcavüz” kimi qiymətləndirərək buna qarşı fəal həmrəyliyə çağırıb.

RT-nin müxbiri Murad Qazdiyevin verdiyi məlumata görə, Venesuelanın paytaxtı Karakas şəhərinə edilən hava hücumları təxminən 25 dəqiqə davam edib.

Hadisəyə beynəlxalq reaksiyalar da gecikməyib. Kolumbiya prezidenti Qustavo Petro Amerika Dövlətləri Təşkilatını və BMT-ni Venesuelanın bombalanması ilə bağlı təcili iclas keçirməyə çağırıb. Faktla bağlı vəziyyət diqqətlə izlənilir.

DOĞRU.AZ

Seçilən
58
1
dogru.az

2Mənbələr