AZ

​Qonşuda "buz dövrü": Çaylar, göllər dondu

Türkiyədə yanvarın 1-dən başlayan soyuq hava şəraiti davam edir. Güclü şaxta səbəbi ilə dünən ölkə ərazisində yollar buz bağlayıb, çaylar, göllər donub. Metbuat.az xəbər verir ki, ən soyuq hava şəraiti Kastamonu vilayətində müşahidə edilib. Kastamonunun Seyidlər rayonunda temperatur -24 dərəcəyə düşüb. Dağlıq ərazilərdə qarın hündürlüyü 2 metrə çatıb. Güclü qar Cənub-Sərqi Anadolu bölgəsində fəsadlara səbəb olub. Dörd mindən çox yaşayış massivi ilə əlaqə kəsilib. Çaylar, göllər dönüb, yollar buz baglayıb, nəqliyyatın hərəkəti iflic olub. Türkiyənin ən uzun çayı olan Qızılırmaq çayının Sivasdan keçən hissəsi də dönüb.

Soyuq hava şəraitinin ən azı iki gün davam edəcəyi bildirilir.

Seçilən
154
metbuat.az

1Mənbələr