AZ

Maduro qaçırıldı, qonşu ölkə hərəkətə keçdi! Ordu Venesuelaya yürüş etdi

Kolumbiya Prezidenti Qustavo Petro sosial şəbəkələrdə yerli vaxtla səhər saat 03:00-da başlayan Milli Təhlükəsizlik Şurasının iclasının başa çatdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Petro təhlükəsizlik qüvvələrinin Venesuela ilə sərhədə yerləşdirildiyini bildirib. O qeyd edib ki, potensial qaçqın axınının qarşısını almaq məqsədilə bütün mövcud humanitar yardım resursları səfərbər edilib. Prezidentin sözlərinə görə, Venesueladakı Kolumbiya səfirliyi həmin ölkədə yaşayan kolumbiyalıların kömək çağırışlarına cavab vermək üçün fəal şəkildə fəaliyyət göstərir.

Qustavo Petro əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü olaraq Şuranın çağırılması təşəbbüsü irəli sürüləcək. O vurğulayıb ki, Kolumbiya hökuməti Venesuela və bütövlükdə Latın Amerikasının suverenliyinə qarşı yönələn hər cür hücumu qətiyyətlə rədd edir.

Prezident bildirib ki, xalqlar arasındakı daxili münaqişələr yalnız həmin xalqların özləri tərəfindən və sülh yolu ilə həll edilməlidir. Bu yanaşma BMT sisteminin əsasını təşkil edən öz müqəddəratını təyinetmə prinsipinə uyğundur. Petro Venesuela xalqını sivil dialoq və birlik yollarını tapmağa çağıraraq qeyd edib ki, suverenlik olmadan dövlətçilik mümkün deyil.

“Sülh tərəqqinin yoludur, xalqlar arasında dialoq isə milli birliyin əsasını təşkil edir. Bizim təklifimiz dialoqdur və daha çox dialoqdur”, – deyə Kolumbiya Prezidenti vurğulayıb.

Aytən Yaşar/ Turkustan,az

Seçilən
86
1
turkustan.az

2Mənbələr