ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə yeni doğulan körpənin aclıqdan ölməsi barədə xəbər vermişdik.
Lent.az yerli mediaya istinadla bildirir ki, körpənin anası Y.Y. polisə ifadəsində öz atasının günahkar olduğunu deyib:
"Körpəni atam qəsdən ac saxladırdı. Mən və ərim oğlumuzu yedizdirmək istəyəndə atam əngəl olub 3 gün uşağı saxladı. Eyni zamanda mənə yemək vermə qoy ölsün deyirdi. Atam uşağımı ən başdan istəmirdi və sonda ölməsini istədi".
Qeyd edək ki, hadisə ilə bağlı körpənin valideynləri ilə nənəsi və babası da saxlanılıb. İstintaq davam edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.