AZ

Əcnəbi baş məşqçi cəzalandırdığı legioneri bağışladı - Türkiyəyə aparılacaq

“Sumqayıt”ın Türkiyədə baş tutacaq qış təlim-məşq toplanışında Tresor Mossi də iştirak edəcək.

Gözlənilməz qərarı baş məşqçi Saşa İliç verib.

Burundin millisinin üzvü qardaş ölkədə özünü yaxşı tərəfdən göstərsə, mövsümün ikinci yarısında əsas komandada yer alacaq.

Xatırladaq ki, serbiyalı mütəxəssisin “Sumqayıt”a yeni gəldiyində “qara siyahı”sına saldığı ilk ad məhz Mossi olmuşdu.

Bu səbəbdən 24 yaşlı yarımmüdafiəçi yeni mövsüm üçün sifariş edilməyib.

O, arxada qalan müddətdə yalnız fərdi məşq etməklə yadda qalıb.

Əvəzedici komandada rəsmi oyunlara çıxmaq təklifini də yaxın buraxmayıb.

Mossi 2023-cü ildən “Kimyaçılar”ın formasını geyinir.

2027-ci ilə qədər qüvvədə olan müqaviləsi olan afrikalı bu müddətdə meydana çıxdığı 67 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
59
sportinfo.az

1Mənbələr