Böyük Britaniyanın Baş naziri Keir Starmer 6 yanvarda Parisdə keçiriləcək "könüllülər koalisiyası"nın iclasında iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazirin ofisinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra yaydığı açıqlamada bildirilib.
"Baş nazir bu gün Kiyevdə milli təhlükəsizlik müşavirləri səviyyəsində keçirilən müzakirələri alqışladı və çərşənbə axşamı Parisdə keçirilən liderlər görüşündə bu işdə daha da irəliləyiş əldə olunacağına ümid etdiyini bildirdi. Onlar atəşkəsdən sonrakı günlər ərzində Ukraynaya çoxmillətli qüvvələrin yerləşdirilməsini təmin etmək üçün davam edən səyləri müzakirə etdilər", - deyə məlumatda bildirilir.
Əli Hüseynov