AZ

Rütbəli şəxslərə güzəştli pensiya təyinatı üçün xidmət müddətinin hesablanma qaydası müəyyənləşib

Bakı. Trend:

“Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması vəbu barədə məlumatların təqdim olunması Qaydaları”nda dəyişiklikedilib.

Trend-inməlumatına görə, Baş nazir Əli Əsədovun bununla bağlı müvafiqQərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

Qərara əsasən, hərbi və xüsusi rütbəli şəxslərin təqvimixidmət müddətinə aşağıdakı dövrlər aid ediləcək:

  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və hərbi xidmətnəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmətəbaşladıqları gündən həqiqi hərbi xidmətin son gününədək olandövr;
  • Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibininxidmətində hərbi xidmətə (xüsusi növ dövlət qulluğu vəzifəsinə)təyin olunma günündən hərbi xidmətin (xüsusi növ dövlət qulluğuvəzifəsində xidmətin) son gününədək olan dövr;
  • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində,Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, AzərbaycanRespublikasının Dövlət Sərhəd Xidmətində, AzərbaycanRespublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidmətində, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətində,Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidmətində və Azərbaycan RespublikasınınStrateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində həqiqi hərbixidmətə başladıqları gündən həqiqi hərbi xidmətin son gününədəkolan dövr;
  • Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hərbiqulluqçularının müvafiq vəzifəyə təyin olunduqları gündən həqiqihərbi xidmətdə olmanın son gününədək olan dövr;
  • daxili işlər, fövqəladə hallar, ədliyyə, gömrük orqanlarının vəAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Başİdarəsinin rəis və sıravi heyətinə mənsub şəxslər və miqrasiyaorqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluqkeçən şəxslər həmin vəzifələrə təyin edildikləri gündən qulluq(xidmət) keçmələrinə xitam verilən günədək olan dövr;
  • həqiqi hərbi xidmətdə, daxili işlər, fövqəladə hallar vəədliyyə orqanlarının kadrları tərkibində qalmaqla hərbi və xüsusirütbə nəzərdə tutulmayan digər dövlət orqanlarında, müəssisə vətəşkilatlarda işə başladıqları gündən son günədək olan dövr;
  • hərbi və xüsusi rütbəli şəxslərin qanunsuz tutulma, həbsdə olmavə cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq xidmətdən(qulluqdan) buraxılması (kənarlaşdırılması) ilə əlaqədar işləmədiyi(xidmət etmədiyi) müddət;
  • döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə,habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə,mühasirədə olma müddəti və hərbi qulluqçu əsirlikdə olarkən, habeləbitərəf ölkələrdə tərksilah edilib nəzarət altında saxlandıqlarıdövrdə hərbi andı pozmamış və Azərbaycan Respublikasınınqanunvericiliyində nəzərdə tutulan cinayətləri törətməmişdirsə,həmin dövrlər;
  • hərbi və xüsusi rütbəli şəxslərə pensiya təyin olunduqdan sonrayenidən hərbi xidmətə qəbul edilmiş və xidmətdən buraxılmış əməkpensiyaçılarının həmin orqanlarda xidmət müddəti;
  • ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərininəməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə vəazadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicəmüəssisələrində mülki işçi qismində işlədikləri müddət;
  • ədliyyə və miqrasiya orqanlarına qulluğa qəbul edilmişşəxslərin hüquq-mühafizə orqanlarının fəaliyyətininəlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminat ilə bağlıvəzifələrdə işlədikləri müddət;
  • yüksəkixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat vəəks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuşhərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əməkstajının “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərəkkəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətəqəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunanaqədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinəgörə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinəhesablanması Qaydası”na uyğun olaraq hesablanmaqla müəyyən ediləndövr;
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında DövlətFeldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət MühafizəXidmətinin tabeliyinə verilənədək onun əməkdaşlarının malikolduqları xidmət dövrü;
  • zabit heyətinə və xüsusi rütbəli şəxslərə (daxili işlər,fövqəladə hallar və ədliyyə orqanlarında kiçik rəis heyəti vəgömrük orqanlarında kiçik heyət istisna olmaqla) əmək pensiyasıtəyin edilərkən beş ilədək müddət daxilində təhsilin bir ili altıay sayılmaqla (ən çoxu iki il altı ay hesablanmaqla) hərbi vəxüsusi rütbə nəzərdə tutulan vəzifələrə qəbul edilməzdən əvvəlmülki ali (qiyabi və axşam təhsilalma formalarında təhsil dövrüdaxil olmaqla), habelə hərbi hazırlıq silsilə və bölmələri olanorta ixtisas təhsil müəssisələrində təhsil dövrü.

Qeyd: Həmin şəxslər bilavasitə mülki ali təhsil və xüsusi hərbiixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsilmüəssisələrində təhsilini başa vurmadan xüsusi təyinatlı ali təhsilmüəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, qeyd olunantəhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə xidmətmüddətinə daxil ediləcək.

  • ali kateqoriya dövlət orqanlarından işdən çıxan və sonradandaxili işlər orqanlarında xidmətlərini davam etdirən əməkdaşlarüçün həmin orqanlarda işlədiyi dövr.

Həmçinin, hərbi və xüsusi rütbəli şəxslərə güzəştlişərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün aşağıdakıdövrlər xidmət müddətinə güzəştli şərtlərlə aid ediləcək:

Xidmətin bir ayı iki ay sayılmaqla:

  • döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət(yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicəmüəssisələrində fasiləsiz olma müddəti;
  • respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500metr və daha çox hündürlükdə xidmət müddəti;
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və AzərbaycanRespublikası Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi şərtlərləreaktiv, turbovintli və turbovallı aviasiyada uçuş işində xidmətmüddəti;
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və AzərbaycanRespublikası Daxili İşlər Nazirliyinin, habelə AzərbaycanRespublikası Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlərləsu altında və barokameralarda yüksək təzyiq şəraitində qalmaqla işaparan dalğıc vəzifələrində xidmət müddəti.

Xidmətin bir ayı ayyarım sayılmaqla:

  • müvafiq dövlət orqanlarının və qurumlarının rəhbərlərinintəqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqetdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-ayrıkateqoriyalarının, daxili işlər və ədliyyə orqanlarının xüsusi vəya hərbi rütbəli şəxslərinin xidmət dövrü;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyisiyahı üzrə iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmətdövrü;
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, AzərbaycanRespublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət TəhlükəsizliyiXidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin,Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və AzərbaycanRespublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyininmüəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə həmin orqanların(qurumların) xüsusi təyinatlı dəstələrində və digər hərbibirləşmələrində (struktur bölmələrində) xidmət müddəti;
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və AzərbaycanRespublikası Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi şərtlərlə:
    - paraşütlə tullanma ilə bağlı bütün növ vəzifələrdə xidmətmüddəti;
    - sualtı qayıqlarda (qurğularda, aparatlarda) onların sırada olduğudövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə xidmətmüddəti;
    - porşen mühərrikli təyyarələrdə və helikopterlərdə uçuş işindəxidmət müddəti;
  • sırada olan, bilavasitə Azərbaycan Respublikasının dövlətsərhədlərinin mühafizəsini, müdafiəsini və toxunulmazlığını həyatakeçirən sərhəd gəmilərində və katerlərində xidmət müddəti;
  • sərhəd mühafizə orqanlarının Azərbaycan Respublikasının dövlətsərhədinin bilavasitə mühafizəsini və müdafiəsini həyata keçirənəsas bölmələrində (sərhəd zastavası, sərhəd komendantlığı, sərhədnəzarəti bölməsi (məntəqəsi), sərhəd gəmisi (kateri), radiotexnikipost, sahil nəzarəti bölməsi (məntəqəsi), sərhəd hava gəmisi) vədövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd döyüşməntəqələrində, texniki nəzarət postlarında, nəzarətradiostansiyalarında) xidmət müddəti;
  • bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində xidmətmüddəti;
  • respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000metrdən 2500 metrədək hündürlükdə xidmət müddəti;
  • cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı tətbiq edilənfövqəladə vəziyyət zamanı ictimai asayişi və dövləttəhlükəsizliyini qoruma vəzifələrinin yerinə yetirildiyimüddət.

Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin birxidmət günü iki xidmət günü (1992-ci il yanvarın 1-dən 2004-cü ilsentyabrın 13-dək olan dövrlər, habelə həmin dövrlərdə alınanyaralar, kontuziyalar və ya xəstəliklər nəticəsində müalicəmüəssisələrində olma müddəti bir xidmət günü üç xidmət günü) kimihesablanacaq. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirakedənlərin bir xidmət gününün iki xidmət günü kimi hesablanmasıAzərbaycan Respublikası Müdafiə Nazirliyinin, AzərbaycanRespublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyatakeçiriləcək və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlarməlumatlandırılacaqlar. Bu halda həmin qərarda döyüş şəraitinindavam etdiyi müddət göstərilməlidir.

Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarındavə azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicəmüəssisələrində xidmət edən (işləyən) əməkdaşların xidmət müddəti 3iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumlarınsaxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicəmüəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkməmüəssisələrinin şöbələrində) xidmət edən (işləyən) əməkdaşlarınxidmət müddəti isə 2 iş günü 3 iş günü kimi hesablanacaq.

Terrorçuluğa qarşı mübarizəni bilavasitə həyata keçirənbölmələrdə xidmət müddəti 1 xidmət günü 2 xidmət günü kimi, terrorəleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə 1 xidmət günü3 xidmət günü kimi hesablanacaq.

Bu Qaydalarda nəzərdə tutulmayan hallarda xidmət dövrləriayrı-ayrı hüquqi aktlar əsasında güzəştli şərtlərləmüəyyənləşdiriləcək.

Qeyd: Güzəştli şərtlər müəyyən edilmiş vəzifələrdə (ərazilərdə)xidmət müddətinin güzəştli qaydada sayılması müvafiq əmrlərə əsasənhəyata keçiriləcək. Güzəşt müəyyən edilmiş vəzifələrin müvəqqətiicrasına buraxılmış hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərəbu vəzifələrin icrası ilə bağlı güzəştlər icra etdikləri vəzifədəxidmət şərtlərinə uyğun hesablanacaq.

Seçilən
44
48
az.trend.az

10Mənbələr