Bakı. Trend:
2500-dən çox elmi tədqiqat, klinik sınaqlar, meta-analizlər vəklinik təcrübə qaydaları çətənə bitkisi mənşəli məhsulların tibbiistifadəsinin effektsiz olduğunu təsdiqləyib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, çətənə bitkisindəntetrahidrokannabinol və kannabidiol tərkibli məhsullar kimi xronikiağrı, narahatlıq, yuxusuzluq və digər vəziyyətlərin müalicəsindəgeniş istifadə olunur.
Son araşdırmalarda qeyd olunur ki, istifadəçilərin yarıdan çoxubu məhsullardan ağrıkəsici kimi istifadə etdiklərini bildirib.Tədqiqatlar isə bu məhsulların yalnız orta və qeyri-sabitağrıkəsici təsir göstərdiyini göstərir. Bəzi hallarda potensialzərərlərin faydalardan daha artıqdır.
Eyni zamanda, psixi sağlamlıq və ürək-damar sisteminə dairrisklər də önə çəkilib. Çətənə tərkibli maddələrin istifadəsikoronar ürək xəstəliyi, infarkt və insult kimi hallar da daxilolmaqla, ürək-damar risklərini artırır.