AZ

Məhəmməd Salah “Real”ın gündəmində

“Liverpul”un futbolçusu Məhəmməd Salah karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, misirli vinger “Real”ın gündəminə gəlib. “Defensa Central”in məlumatına görə, Salahın meneceri oyunçunu Madrid klubuna təklif edib.

“Kral klubu” 33 yaşlı hücumçunu 6 aylıq icarəyə götürmək variantını dəyərləndirir.

Qeyd edək ki, Salah bu mövsüm “Liverpul”un heyətində 20 rəsmi oyunda 5 qol və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Seçilən
39
idmanxeber.az

1Mənbələr