AZ

Millinin sabiq baş məşqçisi dünyasını dəyişdi

Tacikistanın əfsanəvi futbolçularından olan Mühsin Məhəmmədiyev vəfat edib.

Fanat.Az xəbər verir ki, kədərli xəbər Tacikistan Futbol Federasiyasının rəsmi saytı yayıb. 

O, 60 yaşında dünyasını dəyişib. Futbolçu kimi "Pamir" (Düşənbə) komandasında çıxışı ilə tanınan, bir vaxtlar Tacikistan millisini, "Buxara" və "Ordabası"nı çalışdıran və "Rubin" klubunun idman direktoru olan mütəxəssis ağır xəstəlikdən sonra həyatını itirib.

Mühsin Məhəmmədiyev 2025-ci ilin fevral ayında Türkiyədə "Vaxş" klubunun təlim-məşq toplanışı zamanı ilk insult keçirib. Sonra o, daha bir neçə insult keçirib və Moskvada reanimasiyaya yerləşdirilib. Məhəmmədiyev xəstəxanada dünyasını dəyişib.

Seçilən
37
32
fanat.az

10Mənbələr