ABŞ Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşına “narkoterrorizm” ittihamları irəli sürüb. Baş prokuror Bondi bildirib ki, tezliklə onlar məhkəmə qarşısına çıxarılacaqlar.
ABŞ-nin hərbi müdaxiləsi ölkədə 30 dəqiqədən az davam edib və əsas obyektlərə ciddi zərər dəyməyib, Venesuelanın dövlət neft şirkəti PDVSA isə neft istehsalı və emal əməliyyatlarının normal şəkildə davam etdiyini açıqlayıb. ABŞ-nin planlaşdırdığı əlavə hərbi addımlar hələlik məlum deyil.
Böyük Britaniyanın Baş naziri Keir Starmer isə açıqlayıb ki, London Maduroyu devirmə əməliyyatında iştirak etməyib.
İlhamə Qasımlı
Telegram kanalımız