Ukraynalı məşqçi Yuri Vernidubun “Neftçi” ilə müqaviləsi Rusiya klubları ilə hər hansı peşəkar əlaqələri qadağan edir.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “TaToTake” YouTube kanalı məlumat yayıb.
Müqavilə məhdudiyyətləri transferlərə və Rusiya komandaları ilə mümkün yoldaşlıq oyunlarının təşkilinə tətbiq olunur.
Məlumata görə, bunu Vernidub müqavilə bağlamazdan əvvəl “Neftçi”nin qarşısında şərt kimi qoyub.