AZ

İkinci Liqanın lideri dörd futbolçu ilə vidalaşdı

İkinci Liqada mübarizə aparan “Qaradağ Lökbatan” fasilə dönəmində dörd futbolçu ilə yollarını ayırıb.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, baş məşqçi Qəzənfər Abbasov qapıçı Əli Kərimov, müdafiəçi Ceyhun Ağazadə və yarımmüdafiəçilər Mehdi Həşumov, Ayxan Məcidovun xidmətində maraqlı olmayıb.

Qeyd edək ki, 14 turdan sonra aktivində 39 xal olan qəsəbə təmsilçisi qış fasiləsinə lider kimi yollanıb.

İdman.Biz
Seçilən
89
1
idman.biz

2Mənbələr